AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Ana səhifə /GÜZƏŞT / "Aqrolizinq" ASC tərəfindən güzəşt tətbiq edilməsi ilə bağlı Nazirlər Kabetinin Qərarı

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

Q Ə R A R

 № 273

Bakı şəhəri, 13 avqust 2014-cü il

 

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq    edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

 

            Azərbaycan Respublikasının Konstitusiyasının  119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
  2. Bu qərara qüvvəyə mindiyi tarixədək kənd təsərrüfatıməhsullarının istehsalçıları tərəfindən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürülmüş, habelə Yaponiya Hökumətinin 2KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnika istisna olmaqla) alınmış və icarəyə verilmiş özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasına həmin texnikanın qalıq dəyəri həcmində, lakin onların ilkin dəyərinin 40 faizindən yuxarı olmamaq şərtilə, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin zərəri hesabına güzəşt edilsin.
  3. Bu qərar qüvvəyə mindiyi tarixdən kənd təsərrüfatıməhsullarının istehsalçıları tərəfindən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürüləcək və satın alınacaq özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20 faizi ödənildikdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilsin.
  4. Bu qərarın 2-ci və 3-cü hissələrində nəzərdə tutulan kəndtəsərrüfatı texnikasının güzəşt məbləği çıxıldıqdan və qalıq dəyəri tam ödənildikdən sonra həmin texnika kənd təsərrüfatı məhsulları istehsalçılarının mülkiyyətinə verilsin.
  5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu qərarın icrası ilə bağlı tələb olunan maliyyə vəsaitinin ayrılmasını müəyyən olunmuş qaydada təmin etsin.
  6. Bu qərar 5 (beş) il müddətində qüvvədədir.

 

 Azərbaycan Respublikasının

                Baş naziri 

                                        Artur Rasi-zadə

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin

QƏRAR

№ 323

Bakı şəhəri, 12 oktyabr 2015-ci il

“Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”nın və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

      Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 aprel tarixli 1160 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

     “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”nın və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-Cİ İL 15 FEVRAL 32 NÖMRƏLİ QƏRARINDA (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 192, № 11, maddə 1184; 2008, № 6, maddə 587; 2010, № 12, maddə 1124; 2012, № 8, maddə 811; 2013, №7, maddə 882, № 12, maddə 1633; 2014, № 2, maddə 201, № 6, maddə 736, № 8, maddə 1004; 2015, № 1, maddə 60, № 5, maddə 675, № 6, maddə 795; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 avqust tarixli 283 nömrəli qərarı) aşağıdakı dəyişikliklər edilsin:

  1. Adına “gübrələrin” sözündən sonra “və herbisidlərin” sözləri əlavə edilsin.
  2. 2-ci hissəyə “gübrələrin” sözündən sonra “və herbisidlərin” sözləri, “görə” sözündən sonra “mineral gübrələr üçün” sözləri, “manat” sözündən sonra “, herbisidlər üçün 10 manat” sözləri əlavə edilsin.
  3. 4-cü, 6-cı və 6-1-ci hissələrə “gübrələrin” sözündən sonra “və herbisidlərin” sözləri əlavə edilsin.
  4. 7-ci hissədə “və mineral gübrələrə” sözləri “, mineral gübrələrə və herbisidlərə” sözləri ilə əvəz edilsin.
  5. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları” üzrə:

5.1. adına “gübrələrin” sözündən sonra “və herbisidlərin” sözləri əlavə edilsin;

5.2. 1.1-ci bənddə “alınan mineral gübrələrin müvafiq qanunvericiliyə uyğun olaraq kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə” sözləri “mineral gübrələrin və herbisidlərin kənd təsərrüfatı məhsulları istehsalçılarına” sözləri ilə əvəz edilsin;

5.3.   1.2-ci bənd üzrə:

5.3.1. birinci cümləyə “gübrələrin” sözündən sonra “və herbisidlərin” sözləri əlavə edilsin və həmin cümlədə “və gübrə” sözləri “, gübrə və herbisidlər”  sözləri ilə əvəz edilsin;

5.3.2. ikinci cümləyə “gübrələrin” sözündən sonra “və herbisidlərin” sözləri,  “görə” sözündən sonra “mineral gübrələr üçün” sözləri, “manat” sözündən sonra  “, herbisidlər üçün 10 manat” sözləri əlavə edilsin;

5.4.  1.3-1.5-ci bəndlərə, 2-ci hissənin adına, 2.1-ci bəndə hər iki halda, 2.2-2.5-ci bəndlərə, 2.6-ci bəndə hər iki halda, 2.9-cu və 2.10-cu, 3.1-ci və 3.2-ci bəndlərə  ismin müvafiq hallarında “gübrələr” sözündən sonra ismin müvafiq hallarında “və herbisidlər” sözləri əlavə edilsin;

5.5.   2.7-ci bəndə “gübrənin” sözündən sonra “və herbisidin” sözləri əlavə edilsin;

5.6. həmin qaydalara 1 nömrəli əlavənin yuxarı sağ küncünə “gübrələrin” sözündən sonra “və herbisidlərin” sözləri əlavə edilsin və həmin əlavədə verilmiş “Ərizə” nümunəsinin üçüncü  abzası aşağıdakı redaksiyada verilsin:

“Xahiş edirəm  ____ hektar əkin sahəsinin becərilməsi üçün mənə güzəştli qiymətlərlə _____ ton (kq) azot, ______ ton (kq) kalium, _____ ton (kq) fosfor gübrəsinin  və _____ton (kq) _________adlı herbisidin satılmasını təmin edəsiniz.” ;

5.7. həmin qaydalara 2  nömrəli əlavənin yuxarı sağ küncünə “gübrələrin” sözündən sonra “və herbisidlərin”sözləri  əlavə edilsin;

5.8. həmin qaydalara 3 nömrəli əlavənin yuxarı sağ küncünə “gübrələrin” sözündən sonra “və herbisidlərin”sözləri, mətnində ismin müvafiq hallarında “gübrə” sözündən sonra ismin müvafiq hallarında “və herbisid” sözləri əlavə edilsin.

  1. Həmin qərarla təsdiq edilmiş 4 nömrəli əlavənin adına “gübrələrin” sözündən sonra “və herbisidlərin” sözləri əlavə edilsin.

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

« 12 »
Xəbərlər
2017-01-09
«Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətin İri buynuzlu cins damazlıq heyvanların satın alınmasının AÇIQ TENDER elanı
ətraflı oxu
2016-12-19
KƏND TƏSƏRRÜFATI NAZİRİ HEYDƏR ƏSƏDOV GÖYGÖL RAYONUNDA GÖYGÖL, GORANBOY, YEVLAX, SAMUX VƏ DAŞKƏSƏN RAYONLARININ SAKİNLƏRİ İLƏ GÖRÜŞÜB
ətraflı oxu
2016-11-28
NAZİR HEYDƏR ƏSƏDOV QOBUSTAN RAYONUNDA KƏND TƏSƏRRÜFATI İDARƏSİNİN İNZİBATİ BİNASINDA QƏBƏLƏ, İSMAYILLI, ŞAMAXI, QOBUSTAN VƏ ABŞERON RAYONLARINDAN OLAN VƏTƏNDAŞLARI QƏBUL EDİB
ətraflı oxu
2016-10-24
NAZİR HEYDƏR ƏSƏDOV ZƏRDAB ŞƏHƏRİNDƏKİ KƏND TƏSƏRRÜFATI İDARƏSİNİN İNZİBATİ BİNASINDA KÜRDƏMİR, UCAR, GÖYÇAY, AĞSU VƏ ZƏRDAB RAYONLARINDAN OLAN VƏTƏNDAŞLARI QƏBUL EDİB
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений