AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Ana səhifə /HAQQIMIZDA / Əməkdaşlıq

Beynəlxalq lizinqin inkişafının və bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq lizinq şirkətlərinin  və xarici investorların (bankların) respublikanın aqrar sektorunun inkişafına cəlb edilməsinin əhəmiyyətini və məsuliyyətini dərk edərək “Aqrolizinq” ASC fəaliyyətinin ilk illərindən dövlət büdcəsindən və digər mənbələrdən bu məqsədlər üçün ayrılmış maliyyə vəsaiti hesabına və nizamnaməsi çərçivəsində respublikanın aqrar sektoruna tələb olunan mal-material qiymətlilərinin alınması məqsədi ilə bir çox xarici dövlətlərin bu sahə üzrə ixtisaslaşmış şirkətləri və iş adamları ilə əməkdaşlıq əlaqələri qurmuşdur. Belə ki, “Aqrolizinq” ASC-nin fəaliyyətə başladığı 2005-ci ildən ötən dövr ərzində 40-a yaxın xarici ölkə ilə əməkdaşlıq əlaqələri, o cümlədən 25 ölkə ilə iqtisadi əməkdaşlıq üzrə Hökümətlərarası Komissiya çərçivəsində əməkdaşlıq əlaqələri mövcuddur. Bunların arasında ən sıx əməkdaşlıq əlaqələri Türkiyə, Rusiya Federasiyası, Belarusiya, Ukrayna, Avstriya, Almaniya, Fransa, Belçika, Çin Xalq Respublikası kimi ölkələrdir. 

       “ Aqrolizinq “ ASC- nin əsasnaməsinə uyğun olaraq  Respublikaya kənd təsərrüfatı təyinatlı texnikalar tender yolu ilə gətirilir. ”Dövlət satınalmalar haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə əsasən tenderin qalibi olan şirkətlə Cəmiyyət arasında satınalma müqaviləsi bağlandıqdan sonra texnikalar “Aqrolizinq” ASC-nin regionlarda fəaliyyət göstərən Regional Nümayəndəliyinin bazalarına təhvil verilir. Əsas üstünlük Avropa ölkələrində istehsal olunmuş texnikalara verilir.    

Cəmiyyət fəaliyyətdə olduğu müddət ərzində Almaniya istehsalı olan CLASS Dominator-130 markalı taxılyığan kombayn, Finlandiya istehsalı olan SAMPO Rosenlew SR-2045 markalı taxılyığan kombayn, Belçika istehsalı olan NEW  Holland TC-5050  markalı taxılyığan kombayn və Rusiya istehsalı olan Niva Effekt SK-5ME-1 markalı taxılyığan kombaynlar gətirilmişdir. 

           Gəncə Avtomobil zavodu İB-dən Belarus-82.1, Belarus-89.2, Belarus-1221 markalı traktor,İtaliya istehsalı olan T-4.95F, T 6090,T 7060,TD 4.80B, TD-85F, TD 4040F,TD 5-110 markalı traktorlar, İtaliya istehsalı olan B-90B, B-110B, B 115B, B 115 markalı ekskavatorlar, Türkiyə və İtaliya istehsalı olan müxtəlif markalı və müxtəlif adda kənd təsərrüfatı texnikaları o cümlədən kotan,kultivator,mala,yumşaldıcı,traktor qoşqusu,ot biçən, dırmıq, ot, küləş presləyən,taxıl səpən, pnevmatik qarğıdalı səpən, qarğıdalı kultivatoru,kartof basdıran, kartof çıxaran və s. texnikalar Respublikaya gətirilmişdir.

            “Aqrolizinq “ ASC tərəfindən Dövlət büdcəsi hesabına Respublikaya gətirilmiş kənd təsərrüfatı texnikası Azərbaycan Respublikası Nazirlər Kabinetinin  müvafiq qərarı ilə təsdiq olunmuş qaydalara uyğun olaraq fiziki və hüquqi şəxslərə lizinqə  verilir və ya lizinq yolu ilə satılır.

Ölkəmizdə heyvandarlıq məhsullarının istehsalında artım dinamikası saxlanılaraq əhalinin heyvandarlıq məhsullarına olan tələbatının daxili istehsal hesabına ödənilməsi məqsədi ilə lazımi tədbirlərin  həyata keçirilməsi davam etdirilir. Son illərdə heyvandarlıq məhsullarının istehsalında əhəmiyyətli artımlara nail olunmuşdur. Cari ildə ölkəmizdə əvvəlki illərə nisbətən heyvandarlıq məhsulları istehsalı artmaqla yanaşı mal-qaranın məhsuldarlığı da yüksəlmişdir.

          Südlük və ətlik istiqamətli iribuynuzlu heyvandarlıq təsərrüfatlarının yaradılmasına dəstək məqsədilə “Aqrolizinq” ASC vasitəsilə 2009-cu ildən başlayaraq iribuynuzlu və  xırdabuynuzu damazlıq heyvanlar gətirilərək kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştlə lizinqə verilmişdir. 2013-2015-ci illər ərzində 7571 baş damazlıq xırda buynuzlu heyvanların satın alınıb gətirilməsi nəzərdə tutulmuşdur ki, ondan 5947 baş gətirilmiş Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən "BMS" Aqro təsərüfatına verilmişdir. Dövlətin dəstəyi və sahibkarların öz təşəbbüsü ilə Ağcabədi rayonundakı “Aqat-aqro” MMC, Bərdə rayonundakı “Qarabağ aqrar-sənaye kompleksi” MMC, Ağdaş rayonundakı “Türyançay fermer təsərrüfatı”,  Ağdam rayonundakı “Qara inək” heyvandarlıq  kompleksi, Salyan rayonunda “Nurgün Aqro” MMC, Kürdəmir rayonundakı “Azərsun Holding”in süd zavodu, 

Xəzər rayonu ərazisində fəaliyyət göstərən “Qafqaz KFT”, İmişli rayonundakı Azad-1 KFT-ı, Tərtər rayonunun Bəyim Sarov,  Goranboy rayonunun Balakürd, Lənkəran rayonunun Xarxatan, Masallı rayonunun Qasımlı, Abşeron rayonunun Digah qəsəbəsində tikilən heyvandarlıq fermaları lizinq yolu ilə gətirilmiş damazlıq heyvanlar hesabına komplektləşdirilmişdir. Eyni zamanda, Səhmdar Cəmiyyət  fərdi sahibkarlar tərəfindən yaradılan özəl heyvandarlıq təsərrüfatlarının damazlıq heyvanlarla  komplektləşdirilməsinə dəstəyini davam etdirir.

         Son illərdə fermadaxili işlərin yerinə yetirilməsi üçün  bir sıra təsərrüfatlara lizinq yolu ilə texnoloji avadanlıqlar verilmişdir, 5-dən yuxarı iri südlük maldarlıq kompleksi tikilərək istifadəyə verilmişdir.  Respublikada iri südçülük maldarlıq kompleksinin yaradılması istiqamətində işlər davam etdirilir.

 

« 12 »
Xəbərlər
2017-01-27
KƏND TƏSƏRRÜFATI NAZİRİ BƏRDƏ RAYONUNDA BƏRDƏ, AĞCABƏDİ, AĞDAM, TƏRTƏR VƏ LAÇIN RAYONLARINDAN OLAN VƏTƏNDAŞLARLA GÖRÜŞÜB
ətraflı oxu
2017-01-27
SABİRABADDA “PAMBIQ ƏKİLƏCƏK SAHƏLƏRDƏ AQROTEXNİKİ TƏDBİRLƏRİN VAXTINDA VƏ KEYFİYYƏTLİ APARILMASININ ÜSTÜNLÜKLƏRİ” MÖVZUSUNDA RESPUBLİKA MÜŞAVİRƏSİ KEÇİRİLİB
ətraflı oxu
2017-01-09
«Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətin İri buynuzlu cins damazlıq heyvanların satın alınmasının AÇIQ TENDER elanı
ətraflı oxu
2016-12-19
KƏND TƏSƏRRÜFATI NAZİRİ HEYDƏR ƏSƏDOV GÖYGÖL RAYONUNDA GÖYGÖL, GORANBOY, YEVLAX, SAMUX VƏ DAŞKƏSƏN RAYONLARININ SAKİNLƏRİ İLƏ GÖRÜŞÜB
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений