AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Ana səhifə /QANUNVERİCİLİK BAZASI / 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi

2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin 
SƏRƏNCAMI


         Azərbaycan Respublikasında həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılmışdır. Aqrar sektorda əsaslı dəyişikliklər baş vermiş, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşmış, normativ hüquqi baza təkmilləşdirilmişdir. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir.
Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin və institusional dəyişikliklərin müəyyən edilməsi sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoymuşdur. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində bölgələrdə müasir infrastruktur qurulmuş, kəndlərarası avtomobil yollarının şəbəkəsi genişləndirilmişdir. Şəmkirçay və Taxtakörpü su anbarlarının istismara verilməsi suvarılan yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsinə və torpaqların münbitliyinin qorunmasına şərait yaradır. Dövlət fermerlər üçün bir sıra güzəştlər müəyyən etmişdir. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, vergilərdən azad edilmişlər. Fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün dövlət subsidiyalar verir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədi ilə qərara alıram:
        1. 2015-ci il Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilsin. 2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə birlikdə 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 yanvar 2015-ci il.

 

« 12 »
Xəbərlər
2017-01-27
KƏND TƏSƏRRÜFATI NAZİRİ BƏRDƏ RAYONUNDA BƏRDƏ, AĞCABƏDİ, AĞDAM, TƏRTƏR VƏ LAÇIN RAYONLARINDAN OLAN VƏTƏNDAŞLARLA GÖRÜŞÜB
ətraflı oxu
2017-01-27
SABİRABADDA “PAMBIQ ƏKİLƏCƏK SAHƏLƏRDƏ AQROTEXNİKİ TƏDBİRLƏRİN VAXTINDA VƏ KEYFİYYƏTLİ APARILMASININ ÜSTÜNLÜKLƏRİ” MÖVZUSUNDA RESPUBLİKA MÜŞAVİRƏSİ KEÇİRİLİB
ətraflı oxu
2017-01-09
«Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətin İri buynuzlu cins damazlıq heyvanların satın alınmasının AÇIQ TENDER elanı
ətraflı oxu
2016-12-19
KƏND TƏSƏRRÜFATI NAZİRİ HEYDƏR ƏSƏDOV GÖYGÖL RAYONUNDA GÖYGÖL, GORANBOY, YEVLAX, SAMUX VƏ DAŞKƏSƏN RAYONLARININ SAKİNLƏRİ İLƏ GÖRÜŞÜB
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений